Azərbaycanda ən çox kizilər sonsuzluqdan əziyyət çəkir

img

29-11-2012 [03:52]


Bu gün Azərbaycanda 400 minə yaxın insan sonsuzluqdan əziyyət çəkir, bunların böyük əksəriyyəti kişilərdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Elmi-Tədqiqat Mama-Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva bildirib. O qeyd edib ki, bu göstərici digər dünya ölkələri ilə müqayisədə çoxdur. Əliyeva deyib ki, bu gün Azərbaycanda yalnız 32 minə yaxın donora ehtiyac var və bu, Azərbaycan üçün elə də böyük rəqəm deyil. İnstitut direktoru qeyd edib ki, Azərbaycanda ildə təxminən 1000 qadın süni mayalanma ilə bağlı müraciət edir. Onun sözlərinə görə, Azərbaycanda süni mayalanma 2004-cü ildən həyata keçirilir və qısa zamanda başlanılsa da, bu sahədə əldə edilən uğurlar digər ölkələrdəki göstəricilərdən daha yaxşıdır. "Əgər Avropada müraciət edənlərdən yalnız 30-35 faizi müsbət nəticə əldə edirsə, Azərbaycanda bu göstərici 40-45 faiz arasındadır", - Əliyeva deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA