Kəmaləddin Heydərov dünya çempionunu izdən qovdu; Füzuli Musayev xəbəri təkzib edir

img

28-11-2012 [06:44]


Taekvondo Federasiyasının rəhbər vəzifəsində dəyişiklik baş verib. Qurumun 1-ci vitse-prezidenti Füzuli Musayev vəzifəsindən uzaqlaşdırılıb. Onu Nağı Səfərov əvəzləyib. Qeyd edək ki, N.Səfərov həm də Boks Federasiyasının baş katibidir. Füzuli Musayev uzun müddət idi ki, Taekvondo Federasiyasında yüksək post tuturdu. Olimpiadalarda medalın qazanılmaması ona olan etibarı heçə endirib. AzNews.az-ın məlumatınaa görə, London oyunları təcrübəli mütəxəssis üçün son şans olub. Bunu özü də yaxşı bilib. Elə buna görə də Musayev son zamanlar diqqətini daha çox biznesə ayırıb. Qeyd edək Ki, Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə yaradılıb. 1999-cu ildən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov seçilib. 2001-ci ildən isə Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse ? Prezidenti vəzifəsini həyata keçirir. ?Mən öz vəzifəmdən getməmişəm. Bu barədə məlumatlar doğru deyil?. Bu sözləri isə Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse- prezidenti Füzuli Musayev deyib. O, daha sonra əlavə edib ki, bu barədə məlumatlar neçə vaxtdır ki, şayiə kimi yayılır: ?Guya deyirlər ki, taekvando üzrə milli komandamız son olimpiya oyunlarında medal gətirmədiyinə görə federasiyamızın prezidenti cənab Kəmallədin Heydərov məni vəzifədən uzaqlaşdırıb. Bu əsla həqiqətə uyğun deyil. Mən yenə də öz vəzifəm də çalışıram? . Daha sonra F. Musayev Fövqəladə Hallar Nazirliyinin nəznində yeni ?İdman və sağlamlıq? klubu açıldığını və özünün də həmin klubda rəis vəzifəsində çalışdığını söyləyib: ?İki ay bundan qabaq mənim nazirimiz Kəmallədin Heydərovla görüşüm olub. Həmin görüşdə mən özündə bir neçə idman növlərini birləşdirən klub açmağı təklif etmişəm, hörmətli nazirimiz də bunu razılıqla qarşılayıb? . Artıq Azərbaycan idmanına yalnız taekvando ilə xidmət etmək istəmədiyini bildirən 1-ci vitse- prezident boks, cüdo, güləş və başqa idman növlərində yetişəcək idmançılarla ölkəmizi təmsil etmək istədiyini deyib(?Qafqazinfo?).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA