Füzuli Ələkbərovun daha bir izçisi həbs edildi

img

28-11-2012 [04:49]


Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ucar rayon sakininin arvadına əlillik dərəcəsinin təyin edilməsi üçün ondan rüşvət tələb edilməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 ?-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramov komissiyanın Ucar şəhərində yerləşən inzibati binasındakı iş otağında rayon sakininə əlillik təyin olunması ilə əlaqədar 2 000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işləri üzrə İslam Bayramov rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib(Publika.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA