?Azərenerji?nin mühəndisi rüzvət alarkən tutuldu

img

28-11-2012 [04:20]


?Azərenerji?nin əməkdaşı rüşvət alarkən həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon sakini Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ?Qaynar xətt? əlaqə mərkəzinə müraciət edərək, işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və həmin obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində Xırdalan Elektrik Şəbəkəsinin mühəndisi Yavər Hüseynovun ondan 500 manat pul tələb etməsi barədə məlumat verib. Həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Y.Hüseynov noyabrın 26-da saat 16:00 radələrində Bakı Metropoliteninin ?Memar Əcəmi? stansiyası yaxınlığında müraciət müəllifindən 500 manat miqdarında rüşvət alarkən cinayət başında yaxalanıb. Y.Hüseynovun üzərinə baxış keçirilərkən şikayətçinin prokurorluğa müraciəti üzrə əvvəlcədən protokolla rəsmiləşdirilmiş pul əsginaslarının seriya nömrələri ilə eynilik təşkil edən 500 manat pul və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülməklə prosessual qaydada rəsmiləşdirilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə Y.Hüseynov rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.#601;r

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA