Spiker Oqtay Əsədov "probka"da qalıb; spikerin cangüdənlərinin səyi nəticə vermir

img

28-11-2012 [11:13]


Parlamentin spiker Oqtay Əsədov bu gün Bakı-Sumqayıt yolunda tıxacda qalıb. Bu barədə onunla təxminən eyni cərgədə tıxacda qalan məkdaşımız Kənan Rövşənoğlu xəbər verib. Reportyorumuzun verdiyi xəbərə görə, tıxacın bir ucu Xırdalan şəhərindən başlayır, ta "20 Yanvar" metrostansiyasına qədər davam edir. Tıxacın konkret səbəbi bilinmir, ancaq burada hər gün səhər və axşam saatlarında belə hallar müşahidə edildiyindən bu, artıq heç kəs təəccübləndirmir. Reportyorumuz bildirir ki, hərdən belə hallarla üzləşən parlament sədri Sulutəpə qəsəbəsindəki evindən parlamentə gələn qədər əziyyət çəkməli olur. Bu gün onun mühafizəçiləri səsgücləndiricilər vasitəsilə başqa sürücülərə müraciət edərək Oqtay Əsədov üçün yol açılmasını tələb etsələr də, buna nail ola bilməyiblər və o da on minlərlə sürücü və sərnişinlər kimi vaxtının bir hissəsini tıxacda keçirməli olub(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA