DiN-də polis rəisləri müzakirəyə çıxarılıb

img

28-11-2012 [09:51]


Daxili İşlər Nazirliyində (DİN) ?Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi?, ?Polis sahə rəislərinin və sahə inspektorlarının fəaliyyətinin təşkili? və ?Cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması? sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə edir. İnsan hüquq və azadlıqlarının etibarlı təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından da hər üç məsələ əhəmiyyətlidir və bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir. Qeyd olunub ki, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunmasında ölkənin qanunvericilik aktlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər məqsədyönlü şəkildə davam etdirilir. Bu mənada təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılır, bu sahədə görülən işlər kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilir, əməli köməklik göstərilir. Bildirilib ki, son illər DİN sistemində ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlər davamlı olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların əsas xəttini insan amili, xüsusən hər bir şəxsin qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunmasının təşkil etməsi baxımından, fəaliyyətin müvafiq beynəlxalq standartlara uyğun qurulması bütün dövlət strukturlarının, o cümlədən DİN-in prioritet vəzifələrindəndir. Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən baş cinayət-axtarış idarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə axtarış işinin göstəriciləri daha da yaxşılaşaraq 58 faizdən 60,4 faizədək yüksəlib, axtarılanların ümumi sayı 2,2 faiz, axtarışda qalanların sayı isə 7,8 faiz azalıb. Axtarışda olan 1740 şəxs tutulub, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 166 nəfərin yeri müəyyən edilib. ?Polis sahə rəislərinin və inspektorlarının fəaliyyətinin təşkili sahəsində görülən işlərin vəziyyəti? haqqında məruzə ilə baş ictimai təhlükəsizlik idarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov çıxış edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə ictimai asayişin qorunması sahəsində funksiyaların icrası, polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, müasir tələblərə uyğun səmərəli təşkili, əhali ilə əlaqələrin genişləndirilməsi, bütövlükdə səmərəli fəaliyyət üçün zəruri şəraitin yaradılması məqsədilə Azərbaycan Prezidentinin ?Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında? 2007-ci il 12 mart tarixli sərəncamından irəli gələn vəzifələrin icrası davam etdirilib. Ötən dövrdə 72, o cümlədən Bakı şəhəri üzrə 42 polis sahə məntəqəsi istifadəyə verilib, 33 məntəqənin tikintisi isə davam etdirilir. Polis sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları DİN-in veb saytına yerləşdirilmişdir. Polis sahə məntəqələrində vətəndaşların qəbulu işi xeyli yaxşılaşıb, qəbula gələn vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxalıb. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaşların könüllü iştirakı ilə bağlı DİN-in aidiyyəti əmrlərinin icrası da xüsusi nəzarətdə saxlanılıb, İctimai Şuraların formalaşdırılması işi yekunlaşıb və bu günədək 3810 vətəndaş, o cümlədən 192 nəfər təqaüddə olan polis əməkdaşı Şura üzvlüyünə qəbul edilib. Cari ilin müvafiq dövrü ərzində açılması təmin edilmiş 13 min 720 cinayətin 70 faizinin açılmasında, eləcə də axtarışda olan təqsirləndirilən şəxslərdən 52,6 faizinin tutulmasında polis sahə rəislərinin və polis sahə inspektorlarının iştirakı olub. Gündəlikdəki üçüncü məsələ ilə bağlı baş istintaq və təhqiqat idarəsinin rəis müavini, təhqiqat idarəsinin rəisi, polis polkovniki Emil Usubov məruzə ilə çıxış edib. O qeyd edib ki, insanların həyatının, sağlamlığının və mülkiyyətinin hüquqazidd əməllərdən qorunmasında, pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması işi daim nazirliyin diqqət mərkəzində olub. Cari ilin 9 ayında respublikanın polis orqanlarına daxil olmuş 70621 cinayət xarakterli məlumat araşdırılıb ki, onların da 86 faizi təhqiqatçıların icraatında olub. Ötən ilin analoji dövrü ilə müqayisədə icraatda olan materialların sayı cari ilin 9 ayında 30 faizədək, müvafiq məsələ ilə bağlı nazirliyə ünvanlanan şikayətlərin sayı 4 dəfə və ya 3987 fakt azalıb. Müzakirələrdə çıxış edənlər görülmüş işlər, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması və qarşıda duran vəzifələr haqqında danışıblar. İclasa yekun vuran Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanlarının fəaliyyətini bütövlükdə qənaətbəxş qiymətləndirib, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edib, aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılması ilə bağlı konkret tapşırıq və tövsiyələrini verib.#601;n v#601;n v

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA