imizlidə fəhlə üsyanı yetizir

img

28-11-2012 [01:00]


İmişlidə icra başçısı Vilyam Hacıyev tərəfindən aparılan abadlıq işlərində çalışan fəhlələrin pullarının böyük hissəsinin ödənməməsi rayonda böyük bir narazılıq formalaşdırıb. Bu barədə redaksiyamıza şikayət edənlər iddia edirlər ki, rayonda aparılan genişmiqyaslı təmir-tikinti və abadlıq işlərində çalışsalar da, bu günə qədər pullarının böyük qismi ödənilməyib: ?Hər gün yığışıb, İcra Hakimiyyətinin önünə gedirik. Amma xeyri yoxdur. Bu gün-sabah deyərək, bizi aldadırlar? Şikayətçilər deyir ki, fəhlələrin bəziləri başqa rayondan gəliblər: Onlar ailələrini atıb. Aylardır İmişlidə işləsələr də, pullarını ala bilmirlər. Bu isə qəzəbi daha da artırıb. Rayon rəhbərliyi və bizi işlədənlər isə deyirlər ki, icra başçısı geniş iclas keçirib. Orada bütün büdcə təşkilatlarının rəhbərlərinə üz tutaraq kömək istəyib. Deyib ki, aparılan tikinti işləri zamanı fəhlələrə, həmçinin materiallar aldıqları firmalara ümumilikdə 12 milyon manata yaxın borc var. Belə çıxır ki, həmin borcun ödənməsi üçün büdcə təşkilatlarının rəhbərləri bütün vasitələrə əl atmalı, hətta işçilərinin maaşlarını kəsərək, bu borcu ödəməlidirlər. Biz bu dövlət üçün işləmişik. Pulumuzu kiminsə əməyinin haqqından ödənilməsini deyil, halal yolla ödənilməsini də tələb edirik?. Şikayətçilər təəssüflənir ki, hazırda rayondakı bəzi büdcə təşkilatlarının işçilərindən rəhbər şəxslər qanunsuz pul yığırlar: ?Biz aylardır İmişlidə işlədiyimizdən çox gizli mətləblərdən xəbərdarıq. Artıq bəzi büdcə təşkilatlarının əməkdaşları bizə yaxınlaşıb ?Sizə görə əmək haqlarımızdan tutulmalar başlayıb. Ara yerdə bizi ac qoydunuz? deyirlər. Biz belə münasibət və sözlərdən çox narahatıq?. Şikayətlə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA