Azərbaycan əsgəri xəstəlikdən ölüb

img

27-11-2012 [01:13]


Azərbaycan Ordusunun əsgəri vəfat edib. APA-nın məlumatına görə, 18 yaşlı İlham Elməddin oğlu Nağızadə ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib. O, qeyd edib ki, əsgər ağciyər və ürək-damar çatışmazlığından vəfat edib. Mərhum Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA