Səid Dadazbəylinin müdafiə komitəsindən Səidə Qocamanlıya növbəti cavab

img

27-11-2012 [11:56]


"22.11.2012-ci ildə ?Musavat? qazetində Saidə Qocamanlının hər dəfə təkrar-təkrar ?şəffaf məhkəmə istəyirik? söylədiyi müsahibəni oxuduq. Said Dadaşbəylinin dəstəsi adı altında 10 nəfər insanların Ştrasserin siyasi məhbus siyahısına salınmasında biz əminliklə deyə bilərik ki, sizin bir hüquq müdafiəçisi kimi heç bir rolunuz olmayıb. Bəs onda sizə nədən hədsiz təzyiqlər edirlər? Siz bir dəfə də olsa onlarla görüşüb paylaşmamısınız. Onlarla yalnız məhkəmə də tanış olub məlumatlanmaq istəyirsiz". Bu fikirləri Səid Dadaşbəylinin müdafiə komitəsinin bəyanatında yer alıb. Bəyanatda bildirilir: "Unutmayın ki, Said Dadaşbəyli dəstəsi adı altında olan insanlar sifarişlə həbs olunublar. Əməliyyət başa çatdıqdan sonra, məhkəmənin sonunda hərəsi 12-14 il müddətinə azadlıqdan məhrum olundular. Sifarişçi bu işi başa çatdlranların hər birinə təxminən (10-15 nəfərə) rütbələrinin qaldırılması ilə mükafatlandırılıb. Saidə Qocamanlı artıq biz sizdən şübhələnirik. Sizdə hər dəfə ( şəffaf məhkəmə istəyirik) sözünü deməklə mükafat alırsınız? Ahı məlumatlarımıza görə siz sadəcə olaraq bioloqsunuz,kimyaçısız, siz hakim deyilsiniz, prokuror deyilsiniz, vəkil deyilsiniz, hətta Azərbaycan məhkəmə qanunlarını, Konstitutsiya qanunlarını bilmirsiniz,yenə də dörd keçirilmiş məhkəmədən sonra məhkəmə istəyirsiniz. Bizim övladlarımız 4 məhkəmədən keçib. Biz bu 4 ədalətsiz məhkəmələri gördük. Mərhum Emin Məmmədov bu məhkəmələrin qurbanı oldu. Hal-hazırda övladlarımız Avropa məhkəməsini gözləyir. Sizdən xahiş edirik gedin bacardığınız işlə məşğul olun. Oxucuları hər dəfə şəffaf olmayan məhkəmə ilə çaş-baş salmayın! Saidə Qocamanlı onuda qeyd edim ki, Vətənini, xalqını sevən həqiqi hüquq müdafiəçiləri , Said Dadaşbəyli ilə birlikdə həbs olunan gənclərlə görüşürlər və görüşməkdə davam edirlər sizdən fərqli olaraq. Həqiqi insan haqlarını müdafiə edən hüquq müdafiəçiləri bu insanlar haqqında görüşdükdən sonra öz təəsüratlarını belə ifadə etmişdilər: ?Bizim qiymətləndirdiyimizə görə ?Said Dadaşbəylinin dəstəsi? qrupunun üzvləri məhz siyasi motivlərlə həbs ediliblər və onların günahı məhkəmədə də sübuta yetirilməyib. Biz bu gənclərin işini çox diqqətlə, incəliklərinə qədər araşdırıb öyrənmişik. Buna görə də tam məsuliyyətlə deyə bilərik ki, bu şəxslərə qarşı irəli sürülən ittihamlar qurama, əsassız və absurddu?. Said Dadaşbəyli dəstəsini Ştrasserin siyasi məhbus siyahısına salan insan haqlarını müdafiə edən saysız hesabsız hüquq müdafiəçiləri dəstək olub və öz imzalarını atıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA