?ipək Yolu? Astanaya çatdı

img

26-11-2012 [03:06]


Noyabrın 28-də Qazaxstanın paytaxtı Astana şəhərində ?Böyük İpək Yolu? Beynəlxalq Gənclər İttifaqının 1-ci iclası keçiriləcək. ?Böyük İpək Yolu? Beynəlxalq Gənclər Təşkilatının sədri, deputat Fuad Muradovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak etmək üçün bu gün Qazaxstana yola düşür. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. 4 gün davam edəcək toplantıda 2013-cü il üçün fəaliyyət planı müzakirə olunacaq. Tədbirdə görülən işlər barədə hesabat veriləcək, təşkilatın internet səhifəsinin təqdimatı keçiriləcək. Toplantı iştirakçılarının Qazaxstanın hakim partiyası olan ?Nur Otan?ın rəhbərliyi, parlamentin deputatları və gənclər təşkilatının üzvləri ilə görüşü planlaşdırılb. Gənclər İttifaqının üzvləri həmçinin Qazaxstanın elm və təhsil naziri B. Jumaqulovla görüşəcək. İclas noyabrın 28-dən dekabrın 1-dək Astanada keçiriləcək Milli Məclisin üzvü Fuad Muradov 2012-ci il iyunun 28-də ?Böyük İpək Yolu? Beynəlxalq Gənclər Təşkilatının sədri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA