Azərbaycan Ordusunun əsgəri xəstəlikdən vəfat edib

img

26-11-2012 [11:06]


Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, Tərtərdə xidmət edən əsgər, 19 yaşlı Fəhmin Ceyhun oğlu İsgəndərov ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. F.İsgəndərov hospitalda ürək-damar, tənəffüs çatışmazlığından dünyasını dəyişib. Mərhum F.İsgəndərov 2012-ci ildə Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA