Gülər Əhmədova: ?Mən mütləq gələcəm...?

img

25-11-2012 [11:49]


ABU rektoru ilə qalmaqallı videosu yayıldıqdan sonra deputat mandatını itirən Gülər Əhmədovadan yeni xəbər var. Sabiq deputat ?Facebook? sosial şəbəkəsi vasitəsiylə dostlarına dəvət göndərib. Mia.az əbər verir ki, o, hamını 1 dekabr 2012-ci il tarixində, saat 15:00-da Park Bulvar ticarət mərkəzində keçiriləcək "Kitab bayramı"na dəvət edib: ?Əziz dostlar! 01 dekabr 2012-ci il tarixində, saat 15:00-da Park Bulvar ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən ?Əli və Nino? mağazasında Əhməd Şahidovun "Sevdiyim qadın" romanının təqdimatı keçiriləcək. Mən də orada olacam. Hamınızı dəvət edirəm. Gəlin, orada görüşək, kitab bayramında..?. Gülər Əhmədova digər statusunda "Mən mütləq gələcəm o tədbirə" deyib. Xatırladaq ki, Ə.Şahidov Gülər Əhmədova deputat olduğu müddətdə onun köməkçisi vəzifəsində işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA