Qarabağ əlilləri ?Azəriqaz?ı məhkəmə ilə hədələdi

img

25-11-2012 [09:14]


"Qarabag Əlilləri və Vetaranları Cəmiyyəti? İctimai Birliyi Bakı şəhəri Nəsimi rayon şöbəsinin sədri Əhməd Rəhmanov tərəfindən maraqlı müraciət yayılıb. Mia.az "Reytinq" qəzetinə istindən xəbər verir ki, müraciətdə Dövlət Neft Şirkətinin ?Azəriqaz? İstehsalat Birliyində işləyən Qarabağ müharibəsi veteranları və əlillərinə qarşı ögey münasibətdən narahatlıq ifadə olunub: ?Son vaxtlar "Azəriqaz " İB -də işləyən Qarabag müharibəsi əlillərindən bizim cəmiyyətə coxsaylı şikayətlər daxil olmaqdadır. Həmin şikayətlərdə göstərilir ki , birlik rəhbəri Əkbər Hacıyevin idarə rəislərinə 27.07 2012 il tarixli 817 saylı "Birliyin struktur bölmələrində işləyən əlillər haqqında " məktubundan sonra burada əlillərə qarşı qanunla təsbit olunan şərait yaratmaq əvəzinə, daha da pis münasibətlər sərgilənməyə başlanılıb. Hansı ki, Əkbər Hacıyevin məktubunda əlillərin sosial müdafiəsi istiqamətdə mövcud qanunlara uyğun olaraq, iş şəraitinin yaxşılaşdırılması məqsədiylə onlarla olan ?Əmək muqavilələri?ng yenidən baxılması əmri verilir. İdarə rəhbərləri isə öz növbəsində bu məktubu əsas tutaraq, tam əksinə addım atmaqla, əlilləri işdən xaric eləməyə calışırlar?. Cəmiyyətin məsul şəxsi diqqətə çatdırır ki, son vaxtlar adıçəkilən birlikdə əlillərlə bağlı Əmək Məcəlləsinin 25, 29, 47, 63, 66, 78, 159, 160, 215 və sair maddələrinin bəndləri kobud şəkildə pozulur. Müraciətdə həmin maddələrin açılışı geniş izah olunmaqla bərabər, o da vurğulanıb ki, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb, şikəst olan və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət də, qanunla onların ümumi və fasiləsiz iş stajına daxil edilməlidir: ?Çox təəssüf ki, ?Azəriqaz? rəhbərliyi əlillərə münasibətdə bu və ya digər qanunları görməzdən gəlir. Bu səbəbdən də, biz, yəni Qarabag Əlilləri və Veteranları Cəmiyyəti öz üzvlərinin hüquqlarının müdafiəsi ucun ARDNŞ və digər dövlət qurumlarına təkrar müraciət edir və əlillərə qarşı başladılan prosesin dayandırılmasını xahiş edirik. Əgər bu proses davam etdirilsə, o zaman mövcud qanunlar çərçivəsində əlillərin hüquqlarını məhkəmədə qorumalı olacagıq?. Müraciətlə bağlı ?Azəriqaz? İB-nin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA