Maztağanın icra nümayəndəsinin hökmü qüvvədə qaldı

img

25-11-2012 [09:04]


Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Arzu Hadıyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə noyabrın 21-də keçirilən prosesdə qərar elan olunub. Bu barədə daxil olan məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda Arzu Hadıyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət təmin olunmayıb: ?Hakim birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb?. Xatırladaq ki, həbs edilən günə qədər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi olmuş Arzu Hadıyev bu ilin aprel ayının 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin edilən şikayət əsasında həbs saxlanılıb. O, qəsəbədə yerləşən 0,12 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün həbs ediən vaxtı adı açıqlanmayan vətəndaşdan 1.500 manat məbləğində rüşvət almaqda ittiham olunub. Və buna görə Arzu Hadıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Amma sabiq icra nümayəndəsi məhkəmənin bu hökmü ilə razılaşmadığından apellyasiya şikayəti vermişdi(?Reytinq? qəzeti ).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA