Dövlət Komitəsi Azura ilə bağlı açıqlama yayıb

img

25-11-2012 [08:34]


Bu gün Azərbaycanın bütün bölgələrində Aşura günü ilə bağlı mərasimlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilib. Ölkənin əksər dini icmaları başyarma kimi xoşagəlməz adətlərdən imtina edib, yalnız bir yerdə bu müşahidə edilib. Ümumilikdə, Aşura mərasimləri nəzərəçarpan insidentsiz baş tutub. Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalar ilə mütamadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar. Aşura günü Dövlət Komitəsinin sədri Elşad İskəndərov Təzəpir məscidində olub, həmçinin Bakı şəhərdinə qanvermə aksiyalarına fəal çağırış edən digər dini icmalara baş çəkib, Şeyxülislam Allahşükür Paşazadə, müvafiq icma rəhbərləri və fəallarına dünya ölkələri üçün örnək ola biləcək talassemiya xəsətələri üçün qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirib. Eyni zamanda görüşlərdə dünyada müsəlmanların vəhdət nümunəsinə çevrilmiş Aşura gününün ölkəmizdə milli-mənəvi dəyərlərimiz, şəhidlərimizin ruhlarına layiq şəkildə, milli maraqlarımıza, həmçinin dövlətimizin dünyadakı imicinə uyğun qeyd ediliməsinin vacibliyini xüsusi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA