Daxili izlər Nazirliyinə qarzı iddia qaldırılıb

img

25-11-2012 [06:34]


Daxili İşlər Nazirliyi, daha dəqiqi, bu nazirliyin Baş Mühafizə İdarəsi məhkəməyə verilib. Buna səbəb adıçəkilən idarənin əməkdaşı Rəhimov Elnur Ramiz oğlu işdən qanunsuz azad edildiyini iddia etməsidir. Mia.az ?Reytinq? qəzetinə istinadən xəbər verir, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin sabiq əməkdaşı Elnur Rəhimov məhkəmədən barəsində verilən əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işdən azad olunduğu tarixdən bərpa gününə qədər əmək haqqının hesablanaraq ödənilməsini tələb edib. Lakin işə baxan birinci instansiya məhkəməsi ? Nəsimi Rayon Məhkəməsi Elnur Rəhimovun tələbini təmin etməyib: ?Elnur Rəhimov Nəsimi Rayon Məhkəməsinin bu qətnaməsindən apellyasiya şikayəti verib. Onun şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxışa qəbul olunub, araşdırılır?. Məlumata görə, idarənin sabiq əməkdaşının şikayəti üzrə proses noyabrın 28-də davam etdiriləcək. Məsələ ilə bağlı tərəflərin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA