Ziya Məmmədovun izçisi bıçaqlandı

img

23-11-2012 [06:50]


Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin ?Nəqliyyat? Departamentinin əməkdaşı Bakının Binəqədi rayonu ərazisində bıçaqlandı. Mia.az ?Gündəlik Teleqraf?a istinadən xəbər verir ki, faktı Binəqədi Rayon Polis İdarəsi təsdiqləyib. ?Xəqani-Petrol? yanacaqdoldurma məntəqəsində baş verən hadisədə Füzuli rayon sakini, 41 yaşlı Elmir Atakişiyev ərazidə xidmət aparan Nəqliyyat Departamentinin əməkdaşı Fəxrəddin Cəlilova ölümcül bıçaq zərbələri vurub. Qarnından və qolundan bıçaq xəsarəti alan F.Cəlilov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA