?Lotu Quli?nin vəkillərindən ?Rövzən Lənkəranski? açıqlaması

img

23-11-2012 [06:45]


Kriminal aləmdə ?Lotu Quli? kimi tanınan Nadir Səlifovun vəkilləri Təranə Əliyeva, Gülnarə Xudabaxşıyeva və Kamandar Nəsibov bu gün mətbuat konfransı keçiriblər. Tədbirdə çıxış edən K.Nəsibov son vaxtlar müdafiə etdikləri şəxslə görüşməkdə problemlərinin yarandığını deyib: ?Nadir Səlifovun saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsində qadın vəkilləri müəssisənin ərazisində olan dəhlizdə yoxlayırlar. Bu qanun pozuntusudur. Çünki vəkillərin üzərini həmin formada yoxlamaq olmaz. Bu axtarış aparmaq deməkdir. Axtarışı da o zaman aparmaq olar ki, şübhəli məqam olsun. Yoxsa hər dəfə gedəndə bu cür etmək yolverilməzdir?. Vəkil Təranə Əliyeva isə əvvəllər bu cür halların baş vermədiyini bildirib: ?Mən neçə ildir Nadir Səlifovun vəkiliyəm. Əvvəllər bu cür etmirdilər. Cəzaçəkmə müəssisələrində yoxlama üçün aparat olur. Həmin aparatdan keçdikdən sonra kameranın qarşısında qadın müəssisənin qadın əməkdaşı üzərimizi əlində olan yoxlama cihazı ilə yoxlayırdı. İndi bizi müəssisənin ərazisində olan bir otağa salıb, yoxlayırlar. Orada da kamera yoxdur. Əgər bir hadisə baş versə, mən onu heç kimə sübut edə bilməyəcəm?. G. Xudabaxışova isə bu məsələ ilə bağlı bütün instansiyalara müraciət etdiklərini bildirib: ?Rastlaşdığımız qanun pozuntusu ilə bağlı bütün orqanlara, Penitensiar Xidmətə, Ombudsman Aparatına, Cəzaçəkmə Müəssisəsinin rəis əvəzi Murtuz Sadıxova müraciət etmişik. Heç bir nəticəsi olmayıb?. Vəkillər həmin məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini və dekabrın 6-da 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində iddiaya baxılacağını qeyd ediblər. Daha sonra Nadir Səlifovla bağlı jurnalistlərin suallarını cavablandıran Təranə Əliyeva bildirib ki, müdafiə etdikləri şəxsə qarşı bu cür münasibət kriminal aləmdə ?Rövşən Lənkəranski? kimi tanınan Rövşən Canıyevdən qaynaqlanır: ?Rövşəni burda həbs edəndə Nadir bizə dedi onu buraxacaqlar. Dedik ola bilməz. Onun üstündə ağır maddələr var. Amma məhkəmə onu zaldan azadlığa buraxdı. İnsaf da yaxşı şeydir. Deyirlər guya Nadir bir neçə qızı həbsdə ola-ola zorlayıb. Üstündən beş il keçdikdən sonra cinayət işi qaldırırlar. Nadir Səlifovun bu işlərdə günahı olmayıb. O, çox xeyirxah adamdır. Onu birnəfərlik kamerada saxlayırlar. Bir şeyi də qeyd edim ki, Nadir narkotik vasitələrdən istifadə etmir. Onun ailə üzvləri ilə görüşməsinə iki aydan bir icazə verirlər. Onda da hamısı keçib görüşə bilmir ?.(apa)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA