Namıq Abbasov Elzad Abdullayevin qardazı ilə bağlı açıqlama verib

img

22-11-2012 [07:15]


Fəaliyyəti dayanmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşının oğurlanması ilə bağlı yaydığı videogörüntülərdən sonra KİV-də müxtəlif fikirlər və mülahizələr dolaşmaqdadır. Maraqlı məqamlardan biri də Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin 2003-cü ildə Milli Təhlükəsizlik Nazirliyində çalışarkən, itkin düşməsi və buna o zamankı nazir Namiq Abbasovun reaksiya verməməsi barədədir. Modern.az saytı bu məsələyə aydınlıq gətirmək üçün hazırda Özbəkistanda olan, Azərbaycanın bu ölkədəki keçmiş səfiri Namiq Abbasovla əlaqə saxlamağa çalışdı. Ancaq bu cəhdimiz baş tutmadı. Sabiq nazirlə əlaqə saxlamaq üçün hazırda Özbəkistanda yaşayan jurnalist Aida Eyvazlıdan yardım istədik. A.Eyvazlı Modern.az-a bildirdi ki, qəzet və internet saytlarında Namiq Abbasovun adının Mahir Abdullayevin məsələsinə görə hallandırılmasına, bu işlə bağlı müxtəlif xəbərlərin yazılmasına qarşı tərəfin hansı reaksiya göstərəcəyi bir jurnalist kimi onu da maraqlandırıb: ?Əvvəllər mən Azərbaycanda kriminal mövzularda verilişlər və yazılar hazırlayırdım. Ona görə də indi belə xəbərlər KİV-də yayılandan sonra jurnalist marağı üstün gəldi, Namiq Abbasovdan məsələyə münasibətini soruşdum. O qeyd etdi ki, Mahir Abdullayev adlı adamla heç vaxt üz-üzə gəlməyib. Dedi ki, belə bir köməkçisi də olmayıb. Namiq müəllim onu da əlavə etdi ki, adam oğurluğu ilə bağlı cinayət işi o zaman Milli Təhlükəsizlik Nazirliyinə aid məsələ olmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA