15 min borcu olan zəxsi toyuq hinində girov saxladılar

img

22-11-2012 [07:11]


Bakı şəhər prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri paytaxt sakininin girov götürülməsi cinayəti ilə bağlı birgə məlumat yayıb. Məlumata görə, noyabrın 20-də saat 11:00 radələrində Yeni Suraxanı qəsəbə sakinləri Şahin Əliyev və Əhməd Həsənov qabaqcadan əlbir olan cinayətkar qrup təşkil etməklə tanışı Orxan Nağıyevi əvvəllər ona verdikləri 15 min manat pulu tələb etmək məqsədilə Ə.Həsənovun yaşadığı evin həyətindəki toyuq hinində saxlamaqla həmin gün saat 23:00-dək qanunsuz olaraq azadlıqdan məhrum edib. Daha sonra onlar bu barədə zərərçəkmişin arvadı Zülfiyyə Nağıyevaya məlumat verməklə, ondan pul tələb ediblər. Sonuncunun müraciəti əsasında Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev və Əhməd Həsənovun bu qanunazidd hərəkətlərinin qarşısı alınıb. Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayətin törədilməsində şübhəli bilinən Şahin Əliyev və Əhməd Həsənov tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA