Qafqaz Universitetində Nizami Gəncəviyə həsr olunmuz konfrans keçirilib

img

21-11-2012 [06:16]


Bu gün Qafqaz Universitetinin Akt zalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş ?Nizami Gəncəvi və Şərq ədəbiyyatları? adlı beynəlxalq elmi konfrans keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Qafqaz Universitetinin birgə təşkil etdikləri konfransda Azərbaycan, Türkiyə və İran alimləri iştirak ediblər. Konfransda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç və millət vəkili, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva giriş sözü ilə çıxış ediblər. Professor Ahmet Saniç rəhbərlik etdiyi Qafqaz Universitetində Nizami yaradıcılığına, dahi şairin şeir və fəlsəfə dünyasına önəm verildiyini diqqətə çatdırıb, AMEA Şərqşünaslıq İnstitutu ilə birgə ?Nizami Gəncəvi və Şərq ədəbiyyatları? adlı beynəlxalq elmi konfransın təşkilinin də buna əyani sübut olduğunu bildirib. Daha sonra söz məruzəçilərə verilib. Tədbirin sonunda Qafqaz Universiteti ilə Z.Bünyadov adına Şərqşünaslıq İnstitu arasında birgə memorandum da imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA