?Demokratik inkizaf Platforması? ictimai birliyi ictimai müzakirə keçirdi

img

21-11-2012 [12:50]


atik İnkişaf Platforması? ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Goranboy şəhərində ?Avropanın innovativ təlim texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqi perspektivləri və yeni fənn kurikulumlarının hazırlanması haqqında regional ictimai müzakirələrin və teledebatların təşkili? layihəsi çərçivəsində qabaqcıl təhsil işçilərinin iştirakı ilə ictimai müzakirə keçirdi. İctimai müzakirədə Goranboy RTŞ-nin rəhbər əməkdaşları və yerli ?Mübariz? qəzetinin nümayəndələri də iştirak etdi. Tədbirin məqsədi ümumtəhsil məktəblərində təbiət fənləri üzrə təlimin keyfiyyətinə ciddi təsir göstərə biləcək innovativ Avropa metodologiyalarının Azərbaycanın ümumtəhsil sisteminə gətirilməsindən, təlimverənlərin interaktiv təlim texnologiyası sahəsində bu metodologiya ilə əlaqəli bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən və təlimin keyfiyyətinin artırılmasına yardım göstərməkdən ibarət idi. Müzakirənin mövzusu ?ölkəmizdə təbiət fənləri üzrə müasir normalara cavab verən, tam təchiz olunmuş laboratoriyası olan ümumtəhsil məktəblərinin sayının çox olmaması, bu səbəbdən də fizika, kimya və biologiya fənlərinə aid məşğələlərdə nəzəri biliklərin təcrübədə sınaqdan keçirilmə imkanlarının məhdudluğu və təlimdə interaktiv təlim texnologiyasının tətbiqinin keyfiyyətli təşkili sahəsində çətinliklərin mövcudluğu və bu problemin həlli yolları? idi. Kimya, fizika və biologiyadan elmi-təcrübi məşğələlərin həyata keçirilməsi sahəsindəki çətinlik və məhdudiyyətlər müzakirə edildikdən sonra təklif edilən innovasiya ? Avropa ölkələri, Rusiya və Gürcüstanda təbiət fənlərinə aid elmi-təcrübi məşğələlər sahəsində geniş tətbiq edilən Avropa texnologiyası barədə geniş məlumat verildi, çox sayda təcrübələr həm canlı olaraq, həm də film formatında iştirakçılara təqdim edildi. Sonra təklif edilən yeni texnologiya ətrafında geniş müzakirə başlandı. Tədbir iştirakçılarından Goranboy RTŞ-nin metodkabinet müdiri Ziya Şükürov, müəllimlərdən Rima İbrahimova, Hüsniyyə Cəlilova, Mahir Abdullayev, Şəhla Qocayeva, Rövşən Əliyev, Ramin Alıyev, Reyhan Bayramova, Lena Nazarova, Şükufə Cəfərova, Məryəm Namazova, Gülarə Abdullayeva və başqaları bu texnologiyadan istifadə etməklə laboratoriya şəraiti olmayan ən kasıb məktəbdə də elmi təcrübə işlərini yüksək səviyyədə və keyfiyyətlə həyata keçirməyin mümkünlüyü barədə fikir və qənaətlərini söylədilər. İştirakçılar eyni zamanda bu rəyə gəldilər ki, ?Kopernik? Elmi Mərkəzində işlənib hazırlanmış elmi təcrübələr spesifik xüsusiyyətlərə malikdir: təhlükəsizdir, xüsusi laboratoriya avadanlıqlarından istifadəyə ehtiyac yoxdur, daha çox məişətdə gündəlik istifadə olunan əşya və məmulatlardan istifadə edilməklə həyata keçirilir, çox az miqdarda vəsait tələb edir, qazanılmış nəzəri bilikləri təcrübədə sınaqdan keçirməyə imkan verir, tam olaraq interaktiv təlim texnalogiyaları prinsipləri əsasında hazırlanmışdır, təlimin keyfiyyətinin yüksəldilməsini təmin edə və ən intizamsız şagirddə də dərsə və elmi tədqiqat işlərinə maraq oyada, onu yaxşı oxuyan şagirdlər sırasına qata bilər. Tədbirdə fizika, kimya, biologiya müəllimləri üçün nəşr edilmiş ?Fizika, kimya və biologiyadan dərslərin daha maraqlı qurulmasını, dərs məşğələlərinə və elmi-tədqiqat işlərinə şagird marağının artırılmasını necə təmin etməli?? adlı metodiki vəsait iştirakçılara paylandı, www.lesson.org.pl internet səhifəsinin Azərbaycan dilli bölməsi ilə tanışlıq üzrə də iş aparıldı. Goranboy RTŞ-nin metodkabineti də ?Fizika, kimya və biologiyadan dərslərin daha maraqlı qurulmasını, dərs məşğələlərinə və elmi-tədqiqat işlərinə şagird marağının artırılmasını necə təmin etməli?? adlı metodiki vəsaitlə təmin edildi. Layihə üzrə növbəti tədbirin Tovuz şəhərində keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA