Sinqapurda prezident ilham Əliyevin zərəfinə nahar verilib

img

21-11-2012 [12:25]


Azərbaycanın prezidenti İlham Əliyev dövlət səfəri çərçivəsində Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşüb. Geniş tərkibdə keçirilən görüşdə dövlətlər arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulanıb ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda, habelə qarşı tərəfdən də bir neçə şirkət Azərbaycanda iş qurub. Görüşdə hər iki tərəf üçün maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın uğurlu inkişafında əhəmiyyəti vurğulanıb. Daha sonra Sinqapur prezidenti Toni Tanın adından bu ölkədə dövlət səfərində olan Azərbaycanın dövlət başçısının şərəfinə rəsmi nahar verilib. Dövlət başçıları rəsmi naharda çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA