Bahar Muradova: "YAP-ın namizədi ilham Əliyev olacaq"

img

20-11-2012 [11:56]


Yeni Azərbaycan partiyasının 2013-cü il prezident seçkilərində namizədi birmənalı olaraq İlham Əliyev olacaq. Mia.az xəbər verir ki, bu sözləri vitse-spiker, YAP sədrinin müavini Bahar Muradova jurnalistlərlə söhbətində deyib: "Hakim partiya, Heydər Əliyev və İlham Əliyev siyasətinin tərəfdarları növbədi 5 ildə də indiki dövlət başçısını prezident görmək istəyirlər. Amma bu məsələnin qərar şəklində olması müvafiq prosedurlara uyğun olaraq həyata keçiriləcək. Yəni YAP nizamnaməsinə uyğun olaraq zamanı çatanda rəsmiləşəcək. Müxalifətin bununla bağlı narahatlığı bizi maraqlandırmır, yaxşı olar ki, öz işləri ilə məşğul olsunlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA