Ramil Usubov kadr dəyizikliyi edib, Əhəd Abıyevin qardazını izdən çıxarıb

img

19-11-2012 [12:24]


Tərtər rayonuna yeni polis rəisi təyin edilib. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidov Tərtər rayon Polis Şöbəsinə rəis təyin edilib. Xatırladaq ki, bir müddət əvvəl polis-polkovniki Nəriman İmanov Tərtər Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Masallı rayonuna polis rəisi təyin edilib. Onu da əlavə edək ki, R. Usubovun əmri ilə DİN-in Ukraynadakı nümayəndəsi, polis polkovniki Zəfər Abıyev geri çağırılıb və onun yerinə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əkbər Yusifov təyin edilib. Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA