YAP-çı sabiq deputat Ədliyyə Nazirliyinin məmurunu ittiham edir

img

18-11-2012 [05:22]


[i]Nazim Məmmədov məhkəməyə verilməsindən danışdı; Keçmiş deputat səhmdarı olduğu ASC-dəki qanunsuzluqların aradan qaldırılması üçün jurnalistlərdən də dəstək istədi[/i] Yeni Azərbaycan Partiyasının üzvü, sabiq deputat Nazim Məmmədov məhkəməyə verilib. Mia.az ?Reytinq? qəzetinin bugünkü sayında dərc olunan yazıya istinadən xəbər verir ki, ?Avto Qarant? ASC tərəfindən başda Nazim Məmmədov olmaqla, cəmiyyətin bəzi səhmdarları və keçmiş işçilərinin məhkəməyə cəlb olunmasının səbəbi maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır: ?Lakin işi araşdıran ilkin məhkəmə instansiyası ? Xətai Rayon Məhkəməsi ASC-nin iddiasını rədd edib. ASC rəhbərliyi isə bu qərardan apelyasiya şikayəti verib. Hal-hazırda bu şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə araşdırılır?. Məlumata görə, hakim şikayət üzrə noyabrın 21-ə proses təyin edib. Məhkəmə işində adı cavabdeh qismində göstərilən Nazim Məmmədov isə ?Reytinq?ə deyib ki, ona qarşı qaldırılan şikayət tam əsassızdır. Və bu üzdən də Xətai Rayon Məhkəməsində qalib gəliblər: ?Əvvəlcə bildirim ki, mən həmin ASC -in səhmdarıyam, mən və 110 səhmdar da indiyə qədər səhmdarı olduğumuz ASC-dən bir manat dividend almamışıq. Dəfələrlə məhkəməyə müraciətlər olunub, sonuncu iddiama da hal-hazırda Xətai Rayon Məhkəməsində baxılır. O ki qaldı Bakı Apellyasiya Məhkəməsində gedən işə, əslində, bu iddia bir neçə il bundan əvvəl müəssisənin idarəçiliyini zəbt etmiş, qanunsuz, saxta protokollar əsasında özünü idarə heyətinin sədri kimi təqdim edən Elmar Musayev tərəfindən qaldırılıb. O, adımı iddia ərizəsinə əlavə edib, məhkəməyə verməsinə baxmayaraq, səhmdar cəmiyyətin idarə olunmasında iştirakım olmadığına görə, mənə qarşı iddiası birinci məhkəmə instansiyasında əsassız sayılıb?. YAP üzvü olan sabiq deputatın sözlərinə görə, Elmar Musayev saxta yollara baş vuraraq məhkəmə proseslərini xeyrinə çevirməyə də çalışır: ?Elmar Musayevun qanunsuz hərəkətlərinə dəstək verən, onu himayə edən şəxs və ya şəxslər var. Bunlardan biri də, Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutundakı qohumu Fuad Cavadovdur. O Fuad Cavadov ki, məhkəmələrdə ona ?patronajlıq? edir, saxta ekspertiza rəylərin alınmasına köməklik göstərir. Təsəvvür edin ki, Fuad Cavadovun köməkliyi ilə saxta ekspertiza rəyi alaraq, ASC-də 10 ay idarəçiliyi həyata keçirmiş direktor və mühasibə qarşı guya müəssisəyə ziyan vurmaları ilə bağlı qətnamə çıxarılmasına da nail olub. Həmin şəxslər də bu qanunsuz qətnamədən şikayət veriblər. Bundan əlavə, mənim iddiam üzrə qanunsuz protokollar tərtib edərək, 8 il ərzində Elmar Musayev kimi müxtəlif şəxsləri direktor təyin etmiş, əslində isə müəssisəni faktiki olaraq özü idarə edən Ədalət Bağırova qarşı məhkəmə istintaqı da davam edir?. Həmsöhbətimiz Ədalət Bağırov və onun saxta protokolla sədr qoyduğu Elmar Musayevin digər özbaşınalıqlarından da söz açıb. Keçmiş deputatın sözlərinə görə, Ədalət Bağırov 2003-cü ildə doğma əmisi oğlu Aydın Xıdırovun müəssisədə sahib olduğu 62 % səhmlərini də qanunsuz yollarla ələ keçirib: ?Bütün bu qanunsuzluqları isə rüşvət üstündə məhkəmə sistemindən qovulmuş hakim Lətif Nəbiyevin vasitəsi ilə etdilər...?. Sonda Nazim Məmmədov ?Reytinq? vasitəsi ilə mətbuata da müraciət edib: ?Mən fürsətdən istifadə edərək, jurnalistləri məhkəməyə dəvət edirəm. Çünki Azərbaycanda onlarla müəssisələr var ki, həmin müəssisələrin əsas səhmdarları cəmiyyətin mülklərini, torpaq və əsas vəsaitlərini sataraq mənimsəyiblər. Eyni zamanda, uzun müddət orada çalışan insanların əmək haqlarını və dividendlərini də vermirlər. ?Avto Qarant? ASC-də belələrindən biridir??. Yazıda adları hallanan qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Onları da dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA