Misir Mərdanov məktəb direktorlarına xəbərdarlıq edib

img

17-11-2012 [11:08]


Noyabrın 17-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. İclasda ?2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri? mövzusunda məsələ müzakirə olunub. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrinin və şöbələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. İclasda təhsil naziri Misir Mərdanov ?Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr? mövzusunda məruzə-təqdimatla çıxış edib. Ümumtəhsil məktəblərində yeni qiymətləndirməyə keçidin əhəmiyyətindən danışan M.Mərdanov demişdir ki, 2003-cü ildə beynəlxalq təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizminin hazırlanmasına, 2008-2009-cu dərs ilində ibtidai təhsil səviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə başlanıb. Nazir bildirib ki, diaqnostik qiymətləndirmə müəllimin təlim strategiyasının müəyyənləşdirilməsinə xidmət edir. Formativ qiymətləndirmə təhsil alanın fəaliyyətini, summativ qiymətləndirmə isə onun nailiyyətini qiymətləndirir. Təhsil naziri yeni qiymətləndirmənin tətbiqində problem yaradan səbəblərdən danışmış, yeni qiymətləndirmənin tarixi barədə məlumat verib. Daha sonra M.Mərdanov məktəbdaxili qiymətləndirmə ilə bağlı problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan məsələlərdən söz açıb. Qeyd olunub ki, bununla bağlı məktəbdaxili qiymətləndirmənin tətbiqi vəziyyətini təkmilləşdirmək üçün bölgələr üzrə müşavirələrin keçirilməsi, yeni fənn kurikulumları tətbiq edilən siniflərdə dərs deyən müəllimlər üçün keçiriləcək təlim kurslarının işinin daha da təkmilləşdirilməsinə nəzarət edilməsi, rayon (şəhər) təhsil şöbələri metodistlərinin, məktəb rəhbərlərinin müvafiq ixtisasartırma və təlim kurslarına cəlb edilməsi və digər məsələlər həyata keçiriləcək. Kurikulum üzrə qiymətləndirmə keçirməklə məzmun və qiymətləndirmə standartları təkmilləşdirilməlidir. Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi barədə məlumat verən M.Mərdanov bildirmişdir ki, Prezident İlham Əliyevin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş ?2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı? çərçivəsində bu ilin yanvar-aprel aylarında ümumtəhsil məktəblərində monitorinq aparılıb. Mövcud avadanlığın, lokal şəbəkənin, İnternet/İntranet bağlantısının, eyni zamanda, məktəb rəhbərlərinin, müəllim və şagirdlərin İKT-dən gündəlik istifadə vəziyyətini öyrənmək məqsədilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən keçirilmiş monitorinqə 53 şəhər (rayon) şöbəsi üzrə 130 təhsil müəssisəsi cəlb olunub. Monitorinq nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün həmin məktəblərə bir ay vaxt verildiyini diqqətə çatdıran M.Mərdanov vurğulayıb ki, mövcud nöqsanların aradan qaldırılmayacağı təqdirdə müvafiq cəza tədbirləri həyata keçiriləcək: ?Dövlətin puluna alınan vəsaiti belə israf etmək cinayətdir. Həmin adamlara 1 ay vaxt verilir. Əgər bu müddət ərzində aşkarlanan nöqsanları düzəltməsələr, həmin şəxslər haqqında cinayət işinin qaldırılması üçün müraciət edəcəm. Dövlət başçısı ?elektron imza? haqqında fərman imzalayır, biz isə heç elektron sənəd dövriyyəsinə belə keçə bilmirik?. Sonra müzakirə olunan məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş və müvafiq problemlərin aradan qaldırılması məqsədilə təkliflər verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA