Əhmədzadə ağdamlıları susuz qoyub

img

17-11-2012 [05:47]


Meliorasiya və Su Təsərrüfatı ASC-inin istifadə etdiyi elektrik enerjisinə görə ?Azərenerji? ASC-yə olan borcunu ödəməməsi Ağdam rayon sakinlərinin susuz qalmasına səbəb olub. Ağdam rayonundan MİA.AZ-a daxil olan məlumata görə buna səbəb subartezian quyularına verilən elektrik enerjisinin kəsilməsidir. ?Ağdam rayonun kəndlərində suvarma işləri ilə yanaşı əhalinin içməli su ilə təminatı subartezian quyularının hesabına aparıldığı üçün indi əksər kəndlərdə evlər susuz qalıb. Meliorasiya və Su Təsərrüfatı ASC-nin ?Azərenerji? ASC-yə olan iki milyon manat borcunun yarısı Əhməd Əhmədzadənin sədri olduğu Səhmdar Cəmiyyətin Ağdam rayonunda Subartezian Quyularının İstismarı İdarəsinin payına düşür. Buna görə də, ?Azərenerji? ASC-nin yerli idarəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam rayonundakı Subartezian Quyularının İstismarı İdarəsinin balansındakı subartezian quyularına verilən elektirik enerjisini dayandırıb.? Məlumata bildirilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsinin belə böyük məbləğdə borcunun yaranması son bir ildə idarənin normal fəaliyyətinin pozulmasıdır. İdarə rəisi Teyyub Nəcəfov öz işinin öhdəsindən gələ bilmir. Lakin bu vəziyyət Meliorasiya və Su Təsərrüftı ASC-nin sədri Əhməd Əhmədzadəni narahat etmədiyi kimi, Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovu da narahat etmir. Əvəzində isə Ağdam rayon sakinləri su imtahanına çəkilir. Əgər, tezliklə təcili tədbir görülməsə, Ağdamda ?su qiyamı? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA