Bakıda daha bir sərnizin avtobusu qəzaya uğrayıb

img

17-11-2012 [01:16]


Bu gün saat 12:30 radələrində Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə Nizami rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 11 saylı avtobus idarəetməni itirərək "Şəfa" stadionuna girib. Hadisə şahidlərinin dediklərinə görə, avtobus əvvəlcə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyoto-Prado" markalı avtomobilə, daha sonra stadiona çırpılıb. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı 7 nəfər xəsarət alıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA