Elzad Abdullayevin videogörüntüsünü yaydığı hakim yatağa düzdü

img

16-11-2012 [09:19]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin bu gün Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Ağababa Babayevlə baglı yaydığı video-material adıçəkilən hakimi yatağa salıb. Xaatırldaq ki, E.Abdullayevin təqdim etdiyi video materialda hakimlə qardaşı barədə danışılır, onun məhkəmə istintaqına çıxarılmadan azad edilməsi üçün sövdələşmə aparılır. Bundan əlavə, hakim söhbət əsasında bir sıra vəzifəlilər haqda, həmçinin Ali Məhkəmənin sədri Ramiz Rzayevlə gizli görüşləri və Zülfüqarlı qardaşları ilə baglı qalmaqllı məlumatlar açıqlayıb. Videogörüntüsü yayılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev isə APA-ya açıqlamasında E. Abdullayevin onu şantaj etdiyini bildirib: ?Bir neçə gün əvvəl prokurorluqda Mahir və Elşad Abdullayevlərin işi ilə bağlı ifadə vermişəm. İfadəmdə də heç nədən xəbərim olmadığını bildirmişəm?. Hakim deyib ki, videoda göstərilənlər həqiqəti əks etdirmir: ?Bizim söhbətimiz videogörüntülərdəki kimi olmayıb, mən ona elə sözlər deməmişəm. Hamısı yalandır. Montaj olunub, nədir bilmirəm?. A.Babayev hazırda yataq xəstəsi olduğunu da bildirib: ?Mən hazırda xəstəyəm, ayaqlarım tutulub. İşə də getmirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA