Qafqaz Universiteti ilə Türkiyənin iki universiteti arasında Anlazma Memorandumu imzalanıb

img

16-11-2012 [05:22]


Qafqaz Universiteti ilə Türkiyənin Muğla Sıtkı və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetləri arasında Anlaşma Memorandumu imzalanıb. Qafqaz Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, memorandumun imzalanma mərasimi Universitetin Tempus ofisində keçirilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç Azərbaycan və Türkiyə mehriban qardaşlıq münasibətlərindən danışıb. Rektor müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini söyləyib. Sonra söz Türkiyədən gələn Muğla Sıtkı universitetinin rektoru, professor Mansur Harmandara verilib. Rektor ?Qafqaz Universitetinin nəaliyyətlərini çox duymuşdum, bəli indi də gəldim gördüm, duyduğum kimidir sizlərə başarılar arzulayıram? deyib. Sonra söz Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaza verilib. Rektor Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə verəcəyindən söz açıb. Sonra Anlaşma Memorandumu imzalanıb. Sənədi Qafqaz Universitetinin rektoru Ahmet Saniç Türkiyənin Muğla Sıtkı və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin rektorları imzalayıblar. Memorandumda universitetlər arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və tələbə-müəllim mübadiləsi məsələləri nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA