DiN müxalifətçi gənclərə sərt xəbərdarlıq etdi

img

16-11-2012 [01:55]


Daxili İşlər Nazirliyi müxalifyönlü gənclərə sabahki aksiya ilə bağlı sərt xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerlərdə keçirilən istənilən aksiya və digər bu kimi tədbirlərin qarşısını alacaq və hər hansı tədbir keçirilməsinə imkan verilməyəcək. Bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısını almaq üçün polis əməkdaşları lazımı tədbirlər həyata keçirəcək. Xatırladaq ki, müxalifyönlü gənclərin 17 noyabr aksiyası ilə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rədd cavabı verilsə də, aksiyanın təşkilatçıları 300 nəfərdən çox gəncin ?Parlament buraxılsın!? tələbi ilə sabah saat 15:00-da paytaxtın ?Fəvvarələr Meydanı?nda toplaşacaqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA