Kəmaləddin Heydərov zəlzələ bölgəsinə gedib

img

15-11-2012 [10:52]


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün yenidən zəlzələ bölgəsinə gedib. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, K.Heydərov zəlzələdən zərər çəkən Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərində olub, qəzalı vəziyyətdə olan evlərlə, tikinti işlərinin gedişi ilə maraqlanıb. Balakən rayonundakı Püştətala kənd ibtidai məktəbinin, Zaqatala rayonundakı Mamrux və Faldar kənd tam orta məktəblərinin açılışlarında iştirak edən fövqəladə hallar naziri, həmçinin, həmin kəndlərdə tikintisi başa çatan mənzillərin açarlarını da sakinlərə təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA