Arif Qarazovun yaxın qohumu baz həkim təyin olundu

img

14-11-2012 [09:43]


Daşınmaz Əmlakın Dövlət Xidmətinin sabiq rəisi Arif Qaraşovun yaxın qohumu, həm də qardaşının kürəkəni Cəsur Paşayev İmişli Mərkəzi Rayon Xəstəxanasının baş həkimi postu uğrunda gedən mübarizədən qalib ayrılıb. Bu barədə mia.az-a daxil olan məlumata görə, Cəsur Paşayevin təyinatı iki gün əvvəl rəsmiləşib: ?Mərkəzi Xəstəxananın baş həkimi Tahir Mikayılovun səhhətində problemlər olduğundan işə gələ bilmirdi. O səbəbdən də, xəstəxananın bir neçə həkimi, o cümlədən cərrah Cəsur Paşayev baş həkim olmaq üçün çalışırdı. Nəhayət, iki gün əvvəl nazir Oqtay Şirəliyevin əmri ilə o, baş həkim təyin olundu?. Məlumata görə, bu təyinatın gerçəkləşməsində Arif Qaraşovun "əvəzsiz rol"u olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA