Bakı məktəblərində reydlər aparılacaq

img

14-11-2012 [05:00]


Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələn həftənin ortalarından orta məktəblərdə reydlər keçirməyə başlayacaq. BŞTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib ki, reyd zamanı şagirdlərin vahid məktəbli formasına keçidi məsələsi araşdırılacaq. Əliqızı deyib ki, şagirdlərin vahid forma geyinməsi icbaridir və onlar mütləq belə geyim formasında məktəbə gəlməlidirlər. Ancaq şagirdlərin vahid məktəbli forması geyinməməsi onların təhsildən kənarlaşdırılması ilə nəticələnməyəcək. "Reydlər zamanı hər hansı şagirdin vahid formada məktəbə gəlməməsi aşkarlanarsa, bu barədə iradlar məktəb rəhbərliyinə bildiriləcək. Çünki bu prosesə məktəb rəhbərliyi ciddi nəzarət etməlidir",-Əliqızı deyib. Onun sözlərinə görə, reydlər məktəblərdə əvvəldən xəbərdarlıq edilmədən, KİV nümayəndələrinin iştirakı ilə aparılacaq. Bu tədbirlər bütün bir necə gün ərzində yekunlaşacaq. Reydlər zamanı məktəbin istilik sistemi ilə təminatı məsələlərinə də diqqət yetiriləcək.(Trend)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA