Sabah hava yağızlı və küləkli olacaq

img

14-11-2012 [12:48]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb, şimal küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə noyabrın 15-də bəzi yerlərdə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə isə noyabrın 15-də Abşeron yarımadasında buludlu, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 16-17-də oksigenlə daha zəngin və təmiz havaların üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA