icra bazçısının həbs olunmuz nümayəndəsi zikayət verib

img

14-11-2012 [12:38]


Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Arzu Hadıyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə noyabrın 16-da qərar elan olunacaq. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, bu ilin aprel ayının 3-də adı həmin vaxt açıqlanmayan Bakı şəhər sakini tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin edilən şikayət əsasında keçirilən əməliyyat nəticəsində Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Hadıyev Arzu Hüseyn oğlunun qəsəbədə yerləşən 0,12 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan 1.500 manat məbləğində rüşvət tələb etdiyi öz təsdiqini tapıb. Və buna görə Arzu Hadıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Amma sabiq icra nümayəndəsi məhkəmənin bu hökmü ilə razılaşmadığından apellyasiya şikayəti verib. Məlumata görə, noyabrın 16-da saat 11.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək növbəti prosesdə Arzu Hadıyevin şikayəti üzrə qərar oxunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA