Azərbaycan əsgəri minaya düzüb

img

14-11-2012 [11:50]


Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Hadisə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında qeydə alınıb. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Mahir Tahir oğlu Zərbiyev ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Yaralanmış əsgərin vəziyyəti stabil ağırdır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər. M.Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA