YAP icra katibi Milli Məclisdə nazirlərə qarzı sərt danızdı

img

13-11-2012 [06:02]


Milli Məclisin bugünku iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov parlamentdə büdcə ilə bağlı başlanan müzakirələrin gedişatına narazılığını bildirib. Ə.Əhmədov Milli Məclisin büdcə müzakirələrinin getdiyi iclasda nazirlərin bir çoxunun iştirak etməməsi parlamentə hörmətsizlik kimi qiymətləndirib. YAP rəsmisinin sözlərinə görə, onların görüşlərdə iştirakı vacib olduğu kimi, bu iclasa qatılmaları da vəzifə borclarıdır. ?Nazirlərin iştirak etməməsi parlamentə hörmətsizlikdir. Onlar burada olmalıdırlar və müzakirələrdə deputatların səsləndirdiyi fikirləri dinləməlidirlər və bu sözlər onların qulaqlarına, beyinlərinə girsin. Ən azı burada səslənən təklifləri eşitmək onların vəzifə borcudur?, - deyə Ə.Əhmədov vurğulayıb. Qeyd edək ki, Milli Məclisin noyabrın 13-də keçirdiyi büdcə müzakirələrinə əksər nazirlər - məsələn güc nazirləri - qatılmayıb. Günün birinci yarısındakı iclasda iştirak edən bəzi nazirlər, eləcə də Baş nazir Artur Rasizadə fasilədən sonra iclas zalına qayıt mayıblar.(modern.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA