Abbas Abbasovun deputat oğlu təzyiqlərdən danızdı

img

12-11-2012 [08:29]


Milli Məclisin deputatı Aydın Abbasov kinodramaturq Rüstəm İbrahimbəyovun atası, baş nazirin sabiq müavini Abbas Abbasova yönəlik ?Abbas Abbasovun ailəsini şantaj edirlər? sözlərinə münasibət bildirib. Mia.az xəbər verir ki, ?Media forum? saytına açıqlamasında Aydın Abbasov deyib: ?Rüstəm İbrahimbəyov xeyli müddətdir xarici ölkələrdə səfərdədir. Ola bilər ki, mətbuatda dərc olunan və həqiqəti əks etdirməyən məlumatları oxuyaraq belə bir qənaətə gəlib. Amma Abbas Abbasovun ailəsinə heç bir təzyiq yoxdur?. Aydın Abbasov qeyd edib ki, bəzən insan hər hansı məsələ haqda ətraflı informasiyaya malik olmayanda hansısa yanlış nəticələr çıxara bilər: ?Mən Bakıdayam və deputat kimi fəaliyyət göstərirəm. Bizə hər hansı təzyiq yoxdur. Nə mənə, nə də ailə üzvlərimə. Biz demokratik dövlətdə yaşayırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA