DiN dünya çempionunun izdən azad edilməsi xəbərinə aydınlıq gətirdi

img

12-11-2012 [06:30]


Bu gün bəzi KİV-lərdə Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin əməkdaşı, dünya çempionu Bəxtiyar Abbasovun nazir müavini Vilayət Eyvazovun tapşırığı ilə işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Mia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yayılan məlumata aydınlıq gətirərək belə deyib: "Abbasov həmin məktəbdə sıravi işçi kimi çalışır və onun işdən azad olunması məsələsi məktəb rəhbərliyinin səlahiyyətində olan məsələdir. Ümumiyyətlə, bu kimi vəzifədə çalışan əməkdaşların işdən azad olunması məsələsi DİN rəhbərliyinin səlahiyyətinə aid məsələ deyil". Nazirlik sözçüsü qaydasız döyüş üzrə dünya çempionu Abbasovun işdən azad edilmədiyini bildirib. Xatırladaq ki, həmin məktəbin rəisi də bir neçə gün əvvəl vəzifəsindən azad olunub. Rəis vəzifəsinin səlahiyyətlərini isə bu günə qədər rəis müavini icra edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA