Qənirə Pazayeva qətlə yetirilən jurnalistdən yazdı

img

12-11-2012 [04:47]


?Bir az əvvəl öz xanımı və qızını baltalayaraq, öldürən atadan, bir ailə faciəsi barədə fikirlərimi yazıb qurtarmamışdım ki, ikinci xəbərin şokunu yaşayıram?. Bunu öz ?facebook? səhifəsində millət vəkili Qənirə Paşayeva yazıb. O, bildirib ki, Sumqayıtda 40 yaşlı Rövşən Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 37 yaşlı Nigar Məmmədovanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib, üstəlik hadisəni törədəndən sonra qaçıb: ?Bu, nə qəddarlıqdı?.. Cəmiyyətdə getdikcə qəddarlıq hisslərinin daha da artması hamımızı doğurdan da ciddi narahat etməlidir və addımlar atmalıyıq. Çünki baş verən bu dəhşətli hadisələr təkcə həmin ailələrin deyil, cəmiyyətimizin də faciəsidir. Səbəblər ciddi təhlil olunmalıdır və cəmiyyətdə artan qəddarlıq duyğularına qarşı mübarizə istiqamətində ciddi addımlar atmalıyıq. Bir ata öz qızını, xanımını necə baltalayıb öldürə bilər?.. İlahi belə də qəddarlıq olarmı?.. Sevinc gənc jurnalist idi, bütün həyatı qabaqda idi. Amma o öz atasının qurbanı oldu. Özü də vəhşicəsinə anası ilə birlikdə baltalanaraq... Bu nə qəddarlıqdı?.. Ən dəhşətlisi odur ki, getdikcə cəmiyyətdə qəddarlıq daha da artıq. İnsanların bir çoxu sanki biri-birinin canına, qanına susayıb...? Millət vəkili qeyd edib ki, baş verən təkcə bir ailənin faciəsi deyil, bu cəmiyyəti ciddi narahat etməli olan və düşündürən bir hadisədir(AzNews.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA