General DiN əməkdazını izdən qovdurdu; Dünya çempionu korrupsiya faktı ilə saxlanıldı

img

12-11-2012 [04:38]


General-polkovnik Ramil Usubovun əmri ilə vəzifədən azad edilən Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi Əli Əhmədovun tabeliyində işləyən daha bir əməkdaş - Bəxtiyar Abbasov da işdən azad edilib. Mia.az xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a polis orqanlarındakı mənbə verib. Mənbənin bildirdiyinə görə, Bəxtiyar və Şəhriyar Abbasov qardaşları qaydasız döyüş üzrə dünya çempionudurlar. Onlardan Bəxtiyar Abbasov nazir müavini Vilayət Eyvazovun tapşırığı ilə işdən kənarlaşdırılıb. Bununla yanaşı B.Abbasov DİN-in Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılıb. Xatırladaq ki, nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimovun də vəzifəsindən rüşvət olayına görə, qovulduğu bildirilir. Belə ki, məktəbdə rüşvətxorluq faktları ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə xeyli sayda şikayətlər daxil olub. Şikayətlərin araşdırılmasından sonra Əli İbrahimov nazirin əmri ilə vəzifəsindən azad olunaraq, sərəncama göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA