Deputat Cavid Qurbanov donuz fermasının sahibi ilə məhkəmədə çəkizir

img

12-11-2012 [02:12]


[i]?Azəryolservis?in rəhbəri məhkəmədən şərəfini qorumağı tələb edir[/i] ?Azəroylservis? ASC-nin idarə heyətinin sədri, deputat Cavid Qurbanov Suraxanı rayon sakinləri - Babayev Vaqif Zaman oğlu və Rzayev Rəşid Əbil oğluna qarşı mülki qaydada iddia qaldırıb. Deputat hesab edir ki, adıçəkilən şəxslər tərəfindən müxtəlif aidiyyatı qurumlara edilən şikayətlərdə şərəf və ləyaqətini alçaldan, böhtan və yalan məlumatları yer alıb. Buna görə də o, Suraxanı Rayon Məhkəməsində həmin şəxslərə qarşı iddia qaldıraraq, təqsirsizlik prezumpsiyası hüququna edilən müdaxilələrin qanunsuz hesab edilməsi ilə bərabər, həm də cür hərəkətlərə son qoyulmasını tələbini qoymaqla, cavabdehlərin cərimələnməsini də istəyib. Mia.az ?Reytinq? qəzetinin dünənki sayında dərc olunan xəbərə istinadən bildirir ki, hazırda deputatla adıçəkilən şəxslər arasındakı məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub, araşdırılır: ?Bakı Apellyasiya Məhkəməsində deputat Cavid Qurbanovla Vaqif Babayev və Rəşid Rzayev arasındakı məhkəmə prosesi hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə davam etdiriləcək?. Xatırladaq ki, deputatın məhkəməyə cəlb etdiyi Vaqif Babayev haqda hər hansı bir məlumat əldə edə bilməsək də, Hövsan qəsəbəsi, Çöllük küçəsi, 45 ünvanında yaşayan Rəşid Rzayevin donuzçuluq təsərrüfatı ilə məşğul olduğu haqda informasiyalar var. Məsələ ilə bağlı qarşı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA