Jurnalistin qətli ilə bağlı rəsmi açıqlama

img

12-11-2012 [11:40]


Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xəzər rayonunda baş verən dəhşətli qətllə bağlı məlumat yayıb. Baş Prakurorluğun mətbuat xidmətindən bildirilib ki, noyabrın 11-də saat 07 radələrində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı, jurnalist Sevinc Mənsimlinin baş nahiyyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb. Bundan sonra M.Mənsimov otaqda divara vurulmuş dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib. Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyidlərə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Fakta görə həmin tarixdə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA