Leyla Əliyeva: "Buradakı dindarlar heç bir təqibdən qorxmayaraq öz dinlərinə sitayiz edirlər"

img

10-11-2012 [09:22]


"Dini və mədəni dözümlülük bizim üçün nailiyyət deyildir. Bu, bizim gündəlik həyat tərzimizdir. Bu, həm də bizim bildiyimiz yeganə həyat tərzidir". Bunu İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda "Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfransda deyib. Leyla Əliyeva müasir Avropada multikulturalizm problemi prizmasında tədbirin əhəmiyyətini qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti dini tolerantlıq və dinlərarası dialoq probleminin nəzəri əsaslarına geniş toxunub, bu sahədə mövcud olan elmi yanaşmalar barədə ətraflı danışıb. Leyla Əliyeva bu məsələnin ümumbəşəri problemə çevrildiyini və onun öyrənilməsi və həlli yollarının tapılmasında Azərbaycan təcrübəsinin uğurlu model olduğunu vurğulayıb. "Zərdüştlük Azərbaycanda yaranıb. Böyük yəhudi icmaları eramızdan əvvəl VII-V əsrlərdə torpaqlarımızda məskunlaşıblar. IV əsrdə xristianlıq dövlət dini olub. Bundan sonra isə VIII əsrdən başlayaraq Azərbaycanda İslam dini yayılıb. Bu gün Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Bununla yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları, eyni zamanda, demək olar ki, bütün etiqadları təmsil edən daha kiçik icmalar da mövcuddur. Siz Azərbaycanda məscidləri, kilsələri, sinaqoqları və digər dini ibadətgahları yanaşı görə bilərsiniz. Buradakı dindarlar heç bir təqibdən qorxmayaraq öz dinlərinə sitayiş edirlər", - Leyla Əliyeva deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA