Ramil Səfərovun erməni zabitlə münaqizəsinin zok tarixçəsi

img

09-11-2012 [07:48]


Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan bə prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərovun işi ilə bağlı şok təfərrüatlar yayılıb. İndiyədək heç kəsin bilmədiyi (bir neçə nəfər istisna olnmaqla) məlumatlar rəsmi məhkəmə protokollarıdır və bu, ermənilər tərəfindən yayılıb. Sadəcə, ermənilər bir sıra detalların üstündən sükutla keçsələr də, bu məlumatların yayılması R.Səfərov-Q.Markaryan münaqişəsinə işıq tutur, həqiqətin necə olduğunu çatdırır. Hazırda məhkəmə materiallarının dilimizə çevrilməsi prosesi gedir. Ancaq bu anons səciyyəli yazıda bir neşə detalı indidən yazmaqda yarar var. Materialda qeyd olunur: "Ekskursiyanın proqramına şəhərlə tanışlıq, yerli şərab muzeyini, şərab anbarını ziyarət və restoranda nahar daxil olub. Anbarda dinləyiciləri spirtli içkiyə qonaq ediblər və bütün zabitlər, o cümlədən ermənilər içkidən imtina etməyiblər, yalnız müttəhim və onun azərbaycanlı həmkarı içməyib. Avtobusa minərkən, Markaryan müttəhimi ayağından möhkəm vurub, ancaq o, Markaryanın üzr istəyəcəyini gözləyərək reaksiya verməyib, Markaryan isə bunu etməyib. Bu zaman müttəhim yerindən qalxıb və erməni zabitdən soruşub ki, nə olub, nə problem var. Markaryan cavab verib ki, yalnız təsadüfən ona toxunub və gülümsəyib. Müttəhim hesab edib ki, o, bir az çox içib, ona görə də qayıdıb yerində oturub. İnstituta qayıtdıqdan sonra müttəhim eşidib ki, arxadan gələn ermənilər (zərərçəkənlər) mahnı oxuyur və bərkdən gülürlər, mahnı mətninin müəyyən yerlərində "Qarabağ-Artsax" sözləri eşidilirmiş, bundan sonra ermənilər öz dillərində bərkdən söyüş söyüblər". Materialın daha bir hissəsində qeyd olunur: "Fevralın 16-da saat 22-də Səfərov Markaryanla litvalı zabit Paulyus Saulyusun söhbətini eşidib, söhbət Azərbaycan bayrağından gedirmiş... Söhbət zamanı müttəhim eşidib k, Markaryan Azərbaycan bayrağını təhqir edir. Azərbycanlılar dil kurslarının rəis müavini Demeter Atillaya şikayət ediblər ki, kursda müəyyən dinləyicilər müsəlman qadınları barədə təhqiramiz danışırlar, məşğələdən sonra islam terrorizmindən bəhs edirlər, ancaq şikayətçilər ermənilərin adını konkretləşdirməyiblər". Bundan başqa, sənəddə xeyli yeni açıqlanan təfərrüatlar da var və bunları diqqətinizə çatdıracağıq.(musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA