Elzad Abdullyevdən yeni açıqlama gəldi

img

08-11-2012 [07:12]


Fəaliyyəti qapadılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev bır sıra tanınmış şəxsləri adam oğurluğu ilə bağlı faktların açılmasına əngəl yaratmaqda ittiham edib. Modern.az-a eksklüziv açıqlamasında E.Abdullayev KİV-də onun barəsində gedən yazıları ?sifarişli? adlandırıb. ?Bizə sifarişli yazılar lazım deyil. Bu gün hamı düz, qərəzsiz yazıya ehtiyac duyur və yalnız belə yazıları oxuyur. Həqiqi jurnalistə, qələmini satmayan jurnalistə, ağır vəziyyətdə vətəndaşının yanında olan jurnalistə ehtiyac var?-deyən eks-rektor "belə jurnalistlər qarşısında baş əyirəm? söyləyib. Daha sonra o, ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzilini, fəaliyyəti dayanmış ?İdeal? qəzetinin hazırda həbsdə olan baş redaktoru Nazim Quliyevi, ?Femida? qəzetinin baş redaktou Əyyub Kərimovu və MTN-in keçmiş əməkdaşı, Fransada siyasi sığınacaq almış polkovnik Ramin Nağıyevi mütəşəkkil cinayətkar dəstənin əməllərini gizlətməkdə ittiham edib, sifarişlə işləməkdə ittiham edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA