Baz Prokurorluq Elzad Abdullayevin evindəki axtarızla bağlı açıqlama yaydı

img

08-11-2012 [05:17]


Baş Prokurorluq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində axtarış aparılması ilə bağlı məlumatları təkzib edir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, bu gün bəzi kütləvi informasiya vasitələrində bununla bağlı "mötəbər" mənbəyə istinadən yayılmış məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur. Xatırladaq ki, həmin məlumatlarda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması və oradan 400-ə qədər videokaset, eləcə də başqa materialların götürülməsi barədə xəbər verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA