Orta məktəblərin tətil günləri açıqlandı

img

08-11-2012 [03:25]


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarında tətil günləri müəyyənləşib. İdarədən verilən məlumata görə, tətil günləri bu dəfə 5 və 6 günlük sistemlə işləyən orta ümumtəhsil müəssisələri üçün 12-17 noyabr tarixlərini əhatə edir. Noyabrın 12-i ilk tətil günü, noyabrın 17-i isə sonuncu tətil günü hesab edilir. Noyabrın 18-i həftənin bazar gününə təsadüf etdiyindən 19 noyabr tarixi tətildən sonrakı ilk dərs günü olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA